Azərbaycan millisi Avropa çempionatının hazırlığına başladı
Yeniyetmə boksçulardan ibarət Azərbaycan milli komandası Avropa birinciliyinin hazırlıqlarına start verib.
Boks federasiyasından Komanda.az-a verilən məlumata görə, milli təlim-məşq toplanışını baş məşqçi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədov və Teymur Məmmədovun rəhbərliyi altında Bakı Boks Mərkəzində keçir.
Gündə iki dəfə fiziki, taktiki-texniki hazırlıq olacaq. Boksçular toplanışın ilk mərhələsini mayın 18-də başa vuracaqlar. Sonra milli komanda Özbəkistana yollanacaq. Yığma üzvləri mayın 20-24-də Fərqanə şəhərində təşkil olunacaq beynəlxalq turnirdə qüvvəsini sınayacaq.
Yığmanın Avropa birinciliyinə kimi daha bir neçə beynəlxalq turnirdə iştirakı planlaşdırılır.
Yeniyetmələr arasında Avropa çempionatı sentyabrın 23-dən oktyabrın 2-dək İtaliyanın Montesilvano şəhərində olacaq.
Bizi Facebook-da izləyin