“Feyenoord” UEFA-dan narazıdır
Konfrans Liqasının finalına vəsiqə qazanan “Feyenoord” UEFA-dan narazıdır.
Komanda.az xəbər verir ki, Niderland klubunu narazı salan məqam UEFA-nın bilet satışı ilə bağlı siyasətidir. Avropanın ali futbol qurumu finalda iştirak edəcək klubların hər birinə cəmi 3 min bilet ayırıb.
Həmçinin, satış yalnız UEFA kanalları vasitəsilə mümkündür ki, bu da komandaların azarkeşləri üçün əlavə bürokratik əngəllər deməkdir. Bundan əlavə, “Feyenoord” iddia edir ki, onlara əvvəlcədən ümumi satışlar barədə məlumat verilməyib, buna görə də, satışa çıxarılan 8500 biletin çoxu “Roma” azarkeşlərinə çatıb.
Artıq “Feyenoord” azarkeşləri də narazılıqlarını bildiriblər. Onlar finala biletsiz buraxılmaları üçün sosial şəbəkədə müraciət yerləşdiriblər.
“Feyenoord”la “Roma” arasında final oyunu mayın 25-də keçiriləcək.
Bizi Facebook-da izləyin