UEFA “Qarabağ”ın həmin oyununu unutmadı
UEFA Konfrans Liqasında cari mövsümün ən yaxşı oyunları açıqlanıb.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 10-luqda “Qarabağ” və Kipr “Omoniya”sı arasında Bakıda keçirilmiş qrup mərhələsinin 5-ci tur matçı da yer alıb.
UEFA, oyunun 88-ci dəqiqəsində Patrik Andradenin “köhlən atlar”ı hesabda önə keçirdiyini, amma 90-cı dəqiqədə Jordi Qomesin uzaq məsafədən fərqlənərək rəqib qapıçını təəccübləndirdiyini yazıb.
“Qarabağ” – “Omoniya” görüşü 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin