Rusiya UEFA-dan ayrılır

Rusiya Futbol İttifaqı UEFA-dan ayrılmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, qitə futbol qurumunun Ukraynadakı müharibə ilə əlaqədar bu ölkəyə sanksiyalar tətbiq etməsi rusları başqa variantları gözdən keçirmək məcburiyyətində qoyub.

Belə ki, Rusiya Futbol İttifaqı UEFA-dan ayrılıb, Asiya Futbol Konfederasiyasına üzv olmaq istəyir. Hazırda şimal qonşularımız bu məsələ üzərində çalışırlar. Qərarın qısa zamanda rəsmi olaraq açıqlanması gözlənilir.

Qeyd edək ki, UEFA Rusiya yığmalarını və klublarını bütün turnirlərdən kənarlaşdırıb. Rusiya Futbol İttifaqı buna görə İdman Arbitraj Məhkəməsinə müraciət etsə də, etirazını geri götürmək məcburiyyətində qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button