“Neftçi”nin keçmiş futbolçusundan Kavani ilə bağlı açıqlama

“Mançester Yunayted”in uruqvaylı hücumçusu Edinson Kavani karyerasını Cənubi Amerikada davam etdirə bilər.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, hücumçunun agenti və keçmiş futbolçu olan qardaşı Valter Quqlemon onun Avropa komandalarından birində çıxışını davam etdirmək istədiyini deyib. Eyni zamanda, qardaşı, Kavaninin gələn mövsüm Cənubi Amerikada çıxış edəcəyini də istisna etməyib.

Kavaninin MY ilə hazırkı müqaviləsi bu il iyunun 30-da başa çatır.

Uruqvaylı hücumçu bu mövsüm “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 17 oyuna çıxıb, 2 qol vurub və bir məhsuldar ötürmə edib.

Valter Quqlemon 2007-2009-cu illərdə Bakı “İnter”ində, 2009-2010-cu il mövsümündə isə “Neftçi”də çıxış edib. O, 2008-2009-cu il mövsümündə 16 qolla Azərbaycan Premyer Liqasının bombardiri olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button