İtaliya klubunda baş məşqçi dəyişikliyi

“Kalyari”nin baş məşqçisi Valter Matsari istefa verib.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

İstefaya komandanın uğursuz çıxışı səbəb olub. Belə ki, sözügedən kollektiv A Seriyasındakı son 8 matçın 7-də məğlub olub. Komanda hazırda 28 xalla 17-ci pillədə qərarlaşıb.

Artıq komandanın yeni baş məşqçisi də məlumdur. “Kalyari”ni bundan sonra Alessandro Aqostini çalışdıracaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button