Azərbaycan üzgüçüsü “bürünc” qazandı
Azərbaycan milli komandasının üzgüçüsü Məryəm Şeyxəlizadəxangah Çexiyanın Ostrava şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb.
Üzgüçülük federasiyasından Komanda.az-a verilən məlumata görə, ilkin mərhələdə 96 idmançı arasında finala vəsiqə əldə edən Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı 50 metr məsafəyə sərbəst üsulla üzmədə 26.83 saniyə nəticəyə imza atıb. Şeyxəlizadəxangah bu göstərici ilə ölkə və şəxsi rekordunu yeniləyib.
Yığmanın baş məşqçisi Rəşad Əbdürəhmanov üzgüçünün çıxışında lisenziya normativi üçün çox cüzi vaxt çatışmazlığı olduğunu deyib:
“Ümidvarıq ki, növbəti yarışlarda o, dünya çempionatına vəsiqə qazana biləcək”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin