Coşqun Diniyev rəsmən “Sabah”da
“Sabah” heyətini yeni futbolçuyla gücləndirib.
Komanda.az xəbər verir ki, yarımmüdafiəçi Coşqun Diniyev bundan sonra paytaxt klubunun uğurları üçün çalışacaq.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçuyla 3 illik müqavilə bağlanıb. Yeni transfer “Sabah”da 91 nömrəli forma geyinəcək.
Diniyev karyerası ərzində “İnter” (2013-2015) və “Qarabağ” (2015-2019) klublarında çıxış edib. O, Azərbaycan millisində 8 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin