AFFA İcraiyyə Komitəsi legioner limitini müzakirə edəcək
Aprelin 29-da Bakı Olimpiya Stadionunda AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Komanda.az AFFA-ya istinadən xəbər verir ki, saat 13:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- Birinci divizionda çıxış edən komandalarla bağlı müzakirə
- Legioner limitinin müzakirəsi
- Azərbaycan çempionatında əvəzetmə sayının artırılması
- AFFA-nın Yoxlama və Təftiş Komitəsi ilə bağlı müzakirə
- Digər məsələlər
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin