“Frayburq”un finaldakı rəqibi bəlli oldu
Futbol üzrə Almaniya kubokunda yarımfinal mərhələsinə yekun vurulub.
Komanda.az xəbər verir ki, bu gün sonuncu yarımfinal görüşü baş tutub.
“Leypsiq” doğma meydanda “Union Berlin”lə qarşılaşıb. Üç qolun qeydə alındığı bu oyunda meydan sahibləri qələbəyə seviniblər.
Ötən gün “Frayburq” da “Hamburq”u səfərdə yenməklə ilk finalçıya çevrilmişdi. Beləliklə, mayın 21-də baş tutacaq final görüşündə “Frayburq”la “Leypsiq” komandaları qarşılaşacaq.
Almaniya kuboku
Yarımfinal
19 aprel
Hamburq – Frayburq 1:3
Qol: Qlatsel, 88 – Petersen, 11. Hofler, 17. Qrifo, 35-pen.
20 aprel
Leypsiq – Union Berlin 2:1
Qol: A.Silva, 61-pen. Forsberq, 90+3 – Bekker, 25.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin