“98 faiz əmin idim ki, heç kim bizi yarışlara buraxmayacaq” – Mostovoy
“Mən 98 faiz əmin idim ki, heç kim bizi yarışlara buraxmayacaq”.
Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Rusiya yığmasının sabiq yarımmüdafiəçisi Aleksandr Mostovoy İdman Arbitraj Məhkəməsinin (CAS) bu ölkənin komandalarının beynəlxalq yarışlardan kənarlaşdırılması ilə bağlı FİFA və UEFA-nın RFU-nun apellyasiya şikayətini rədd etməsi qərarı haqqında danışarkən bildirib:
“Rusiya idmançıları bütün yarışlardan kənarlaşdırılan zaman mən dedim ki, nə isə etmək faydasızdır. 98 faiz əmin idim ki, heç kim bizi yarışlara buraxmayacaq və bu, belə davam edəcək. Hələlik hər şey faydasızdır. Biz hara getməliyik?”
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. FİFA və UEFA da Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya yığmalarının və klublarının beynəlxalq turnirlərdə iştirakına qadağa qoyub. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Bizi Facebook-da izləyin