10 ayda 2-ci dəfə qovuldu
İtaliyanın “Palermo” klubu baş məşqçisi Roberto Stellone ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə B Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Stellone “Palermo”nun 32-ci tur çərçivəsində “Padova” ilə qollu bərabərə qaldığı oyundan (1:1) sonra vəzifəsindən göndərilib.
Stellone 10 ay ərzində artıq ikinci dəfədir ki, “Palermo”dan qovulur. 2018-ci ilin iyulunda “Palermo”da baş məşqçi postundan göndərilən 41 yaşlı mütəxəssis, sentyabr ayında yenidən klubun “sükanı arxasına” gətirilib. O, bu dəfə də işində uzun müddət qala bilməyib. Turnir cədvəlində 18-ci sırada yer alan “Padova”yla görüşdə xal itirən “Palermo”da səbəbkar Stellone göstərilib və vəzifəsindən qovulub.
Ötən mövsüm A Seriyasına yüksəlmək üçün pley-off oynayan “Palermo” “Frozinone”yə məğlub olaraq, B Seriyasında qalıb. “Palermo” hazırda B Seriyasında 32 turdan sonra 57 xalla 3-cü sırada qərarlaşıb.
Bizi Facebook-da izləyin