ABŞ, yoxsa Çin?
Cari mövsümün sonunda “Bavariya” ilə müqaviləsi bitəcək Aryen Robbenin gələcək karyerası ilə bağlı yeni iddialar ortaya atılıb.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı futbolçu, karyerasını ABŞ-da və ya Çində davam etdirə bilər. Futbolçunun karyerasının son və böyük müqaviləsini imzalamaq üçün bu iki ölkədən birinə üz tutacağı bildirilir. ABŞ-da böyük müqavilələrə xüsusi qaydaların olması səbəbiylə, vingerin Çində oynamaq ehtimalı daha çoxdur.
2009-cu ildən “Bavariya”da forma geyinən hollandiyalı futbolçu, bu komandanın heyətində keçirdiyi 305 oyunda 143 qol vurub və ümumilikdə 18 kubok qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin