“Atletiko”da iki ayrılıq
“Atletiko”nun iki futbolçusu – Dieqo Qodin və Filipe Luis yayda klubu tərk edəcək.
Komanda.az xəbər verir ki, hər iki futbolçu mövsümün sonunda bitəcək müqavilələrini yeniləməyəcək. Bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.
Qodin 2010, Luis isə 2015-ci ildən “Atletiko”da çıxış edir. Madrid təmsilçisinin klub siyasətinə görə, yaşı 30-dan çox olan futbolçuların müqaviləsinin müddəti maksimum bir il uzadıla bilər. Ancaq hər iki oyunçu bir illik sözləşməyə müsbət yanaşmır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin