“Bunun üçün ustalıq səviyyəsi lazımdır” – Baqa

“Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:3 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Rəqibi təbrik etmək istərdim. Belə təcrübəli və ustalıq səviyyəsi yüksək olan komandalarla oyunda yaratdığımız və yarada biləcəyimiz epizodlarda yararlanmaq çox çətindir. Hücuma çoxlu oyunçu ilə çıxa bilmək mövqe hücumu deməkdir. Bu isə hazırda istənilən baş məşqçi üçün çox çətindir. Bunun üçün ustalıq səviyyəsi lazımdır, gərək top itirməyəsən. Üstəlik, futbolçularda inam olmalıdır. Lakin vəziyyət elə gətirib ki, belə hücumlar müdafiədən oynamağa məcbur edir. Ola bilər ki, hansısa oyunda müdafiədə səhv buraxmayaq, amma hazırda bu, çətindir”.

O, Ağdam klubunun kapitanı Maksim Medvedevlə dostluq münasibətlərinin olduğunu söyləyib:

“BATE – “Qarabağ” görüşlərində rastlaşmışıq. Yaxşı dost və yaxşı futbolçudur. Qara Qarayevdən isə oyun zamanı ayağında hiss etdiyi ağrıların vəziyyətini soruşdum”.

“Qarabağ”ın ardıcıl 8 dəfə avrokubokların qrup mərhələsində çıxış etdiyini xatırladan Baqa, bunun ustalıqdan irəli gəldiyini və sabitliyi göstərdiyini vurğulayıb: “

“İndi BATE, “Sumqayıt, və “Qarabağ” arasındakı oyunları müqayisə etmək düzgün olmaz. Amma hər şey ustalığı göstərir”.

Baqa, meydanda futbol ab-havası olduğunu bildirib:

“Oyunun vaxtı da əlverişli idi. Son günlər Sumqayıtdakı isti hava, meydanın ot örtüyünün bitməsi üçün çox yaxşı idi. Bu rəqiblə oyunda belə ab-hava gözlənilən idi. Ona görə də bütün azarkeşlərə təşəkkür edirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button