“Cavab oyununda əsl “Bayern”in gücünü göstərməliyik” – Müller

“Bayern”nin hücumçusu Tomas Müller Çempionlar Liqasının 1/4 final mərhələsinin “Vilyarreal”la ilk oyunundan sonra açıqlama verib.

Komanda.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan alman futbolçu, cavab oyunu üçün toparlanmalı olduqlarını bildirib:

“Biz bu minimal hesablı məğlubiyyəti qəbul edirik. Yaxşı bilirik ki, hər şey daha pis bitə bilərdi. Rəqibin haqqını verməliyik. İndi bir araya gəlib, cavab oyununda əsl “Bayern”in gücünü göstərməliyik”.

“Bayern” “Vilyarreal”a 0:1 hesabı ilə uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button