“Barselona”da itki – “Ayntraxt”la matçda olmayacaq
“Barselona”nın hücumçusu Memfis Depay zədələnib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı niderlandlı hücumçuya diz əzələsinin burxulması diaqnozu qoyulub. Depayın sağalmasının dəqiq vaxtı hələlik məlum deyil.
O, UEFA Avropa Liqasında “Ayntraxt”la (Frankfurt) keçiriləcək oyun üçün heyətə daxil edilməyib.
“Ayntraxt” – “Barselona” matçı sabah, saat 23.00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin