“Keşlə” 800-cü qola sevindi
“Keşlə” Azərbaycan çempionatlarında 800-cü qolu vurub.
Komanda.az xəbər verir ki, bu, Premyer Liqanın 21-ci turunun “Qəbələ” ilə matçına təsadüf edib. 1:1 hesabı ilə başa çatan görüşdəki ilk qola imza atan Merab Qiqauri klubun tarixinə yubiley topunun müəllifi kimi düşüb.
1999-cu ildən “Xəzər Universiteti” və “İnter” adlarını da daşımış komanda 800-cü qolunu 614-cü oyununda vurub. Bu qollardan 437-si evdə, 363-ü səfərdə vurulub.
“Keşlə” Premyer Liqada 800 və daha çox qol vuran 4-cü komanda olub. Bakılıların ilk topu 1999-cu il noyabrın 7-də “Neftçi” ilə görüşə (2:3) təsadüf edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin