Pedri “Sevilya”ya vurduğu qoldan danışdı
“Barselona”nın “Sevilya” ilə oyununda (1:0) qələbə qolunu vuran Pedri, vurduğu qolla bağlı açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı futbolçu bu oyunda vurduğu qolu UEFA Avropa Liqasında “Qalatasaray”a vurduğu qola bənzədib:
“İstanbulda vurduğum qola oxşar qol vurdum. Topu qapıya göndərməzdən öncə rəqib futbolçuların kənara çəkilməsini gözlədim. Qol olacağını əvvəldən bilirdim”.
“Barselona”nın 17 milyon avroya “Las Palmas”dan aldığı Pedri, bu mövsüm Kataloniya klubunda 18 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin