PSJ ulduz futbolçularını satmağı düşünür

PSJ bu yay Lionel Messi və Neymarı satmağı düşünür.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, hələlik tam olaraq qərar qəbul edilməyib. Digər klublar Messi və Neymarın transferi üçün tələb olunacaq pulu ödə bilməyəcəyi təqdirdə, futbolçular PSJ-də qala bilər.

MLS Messi və Neymar karyeralarını davam etdirmək baxımından ən mümkün variantıdır. Futbolçular özləri də bir neçə dəfə ABŞ-da oynamaq istədiklərini ifadə ediblər.

34 yaşlı Messi bu mövsüm bütün turnirlərdə 26 oyuna çıxıb, 7 qol vurub və 11 məhsuldar ötürmə edib. 30 yaşlı Neymar isə bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 21 oyuna çıxıb, 5 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button