DÇ-2022-nin daha iki iştirakçısı məlum oldu
Bu gün DÇ-2022-nin final mərhələsinin növbəti iştirakçıları məlum olub.
Komanda.az xəbər verir ki, Avropa zonası üzrə pley-off mərhələsinin final oyunlarından sonra daha iki vəsiqənin sahibi bilinib. Portuqaliya yığması Şimali Makedoniyanı, Polşa millsi isə İsveçi qəbul edib.
Portuqaliya yarımfinalda Türkiyəni, şimali makedoniyalılar son Avropa çempionu İtaliyanı mübarizədən kənarlaşdırmışdı. Portuqaliya inamlı qələbə sayəsində mundiala vəsiqə qazanıb. Polşa da İsveç ilə oyundan inamlı qələbə ilə ayrılıb.
Digər final matçında Uels iyun ayına təxirə salınmış Şotlandiya – Ukrayna görüşünün qalibi ilə üz-üzə gələcək.
DÇ-2022, pley-off mərhələsi, final
29 mart
Portuqaliya – Şimali Makedoniya 2:0
Qol: B.Fernandes, 32; 65.
Polşa – İsveç 2:0
Qol: Levandovski, 49-pen. Zelinski, 73.
Bizi Facebook-da izləyin