Rusiya futbolunun “hökm”ü oxuna bilər – martın 31-də

Martın 31-də Qətərin Doha şəhəri FİFA-nın konqresinin illik toplantısına ev sahibliyi edəcək.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, konqresin gündəliyindəki dördüncü məsələ “Üzvlüyün dayandırılması və ya xaric edilməsi” olacaq.

Bu, ilk növbədə, Zimbabve və Keniya futbol assosiasiyalarına aid ola bilər. Hökumətin federasiyaların işlərinə qarışdığına görə onlar müvəqqəti olaraq FİFA-nın daimi üzvü kimi fəaliyyət göstərmək hüququndan məhrum ediliblər. Bu federasiyaların üzvlüyünün dayandırılması məsələsi nizamnamədə nəzərdə tutulduğu kimi, fevral ayında FİFA-nın şurası tərəfindən operativ şəkildə həll edilib. Amma hər halda, tam yekun qərar çıxarılmayıb və konqresin iclasında müzakirə olunacaq.

Konqresin gündəliyində digər məsələ Rusiya Futbol İttifaqının (RFİ) FİFA-dan uzaqlaşdırılması ola bilər. FİFA-ya üzvlük dayandırıldığı halda, qurumun fəaliyyəti də dondurulur və digər federasiyalara onunla idman əlaqəsi qadağan edilir.

Fevralın 28-də FİFA və UEFA Rusiya klublarının və milli komandalarının bütün beynəlxalq yarışlarda iştirakını dayandırıb.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button