“Barselona” rəhbərliyi istədi, Xavi “yox” dedi

“Barselona” bu yay azad agentə çevriləcək “Yuventus”un hücumçusu Paulo Dibalanı transfer etməyəcək.

Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi, xüsusən də, prezident Xuan Laporta argentinalı futbolçunun transferi üçün vəsait ayırmağa hazır olub. Amma komandanın baş məşqçisi Xavi Dibalanın transferinə qarşı çıxıb.

Xavi Dibalanın transferinin “Barselona”ya həddən artıq baha başa gələcəyini bildirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button