“Selta”nın futbolçusunu 8 illik həbs cəzası gözləyir
İspaniya baş prokurorluğu “Selta”nın hücumçusu Santi Minaya 8 il həbs cəzası tələb edir.
Komanda.az xəbər verir ki, bu barədə “sport.es” saytı məlumat yayıb. Futbolçu 2017-ci ildə “Valensiya”da çıxış edərkən bir qadına cinsi təcavüzdə ittiham olunur.
İstintaqın məlumatına görə, Mina 2017-ci il iyunun 16-da Almeriya şəhərində dostunun avtomobilində bir qadına təcavüz edib.
İş üzrə məhkəmə prosesi bu gün Almeriyada başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin