Azərbaycan karateçiləri Slovakiyada 3 medal qazandı

Karate üzrə 21 yaşadək qadınlardan və böyüklərdən ibarət Azərbaycan millisinin 3üç üzvü Slovakiyanın paytaxtı Bratislavadaki qran-pridə bürünc medal qazanıb.

Komanda.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Xumar Əlibəyova (50 kq) 21 yaşadək qadınlarda və böyüklər arasında, İlahə Qasımova (55 kq) isə böyüklərin yarışında bürünc medala sahib olub.

Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı İrina Zaretska (68 kq) bürünc medal görüşündə qələbəni əldən verib.

Azərbaycan komandası yarışda 10 idmançı ilə təmsil olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button