“Fənərbaxça”dan uzaqlaşdırılan Özildən açıqlama

Ötən gün Türkiyənin “Fənərbaxça” klubunun heyətindən kənarlaşdırılan Məsut Özil açıqlama verib.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ulduz futbolçu, qərardan xəbərsiz olduğunu söyləyib:

“Heyətdən ayrıldığım qərarından xəbərim yox idi. Komandanın istirahət günlərində Almaniyaya getmişdim. Geri qayıtdıqdan sonra məşqin vaxtını öyrənmək üçün zəng etdim. Cavabımı aldım. Dedilər ki, gəlmək lazım deyil”.

Özillə yanaşı, Ozan Tufan da komandadan kənarlaşdırılıb. İstanbul klubu oyunçuların hansı səbəbə görə komandadan uzaqlaşdırıldığını açıqlamayıb. Yerli mətbuat Özillə Tufanın baş məşqçi İsmail Kartalla məşqdə mübahisə etdiyini yazıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button