“Bu nəticəyə görə Türkiyədə heç kim utanmamalıdır”
“Komandamızla qürur duymalıyıq, bu nəticəyə görə Türkiyədə heç kim utanmamalıdır”.
Komanda.az xəbər verir ki, bunu Türkiyə millisinin baş məşqçisi Ştefan Kunts Portuqaliyaya 1:3 hesabı ilə uduzduqları dünya çempionatının pley-off mərhələsinin yarımfinal oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
Kunts komandası ilə fəxr etdiyini bildirib:
“Hesabı bərabərləşdirmək şansımız oldu. Hər şeyi mükəmməl edə bilmədik. Mütləq öyrənməli olduğumuz şeylər var. Rəqibdən daha çox qol imkanları yaratdıq, lakin statistikalarla maraqlanmıram. Komandamız ikinci hissədə əla oyun sərgilədi. İlk 20 dəqiqədə cəsarətsiz idik və sanki futbolçuların qələbəyə inanmadığını gördük. Portuqaliyanın ilk qolundan sonra oyandıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin