Azərbaycan millisi Estoniyanı darmadağınla yola saldı
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində Estoniya yığması ilə qarşılaşıb.
Komanda.az xəbər verir ki, Sumqayıtda keçirilən oyunu Şotlandiyadan olan hakimlər briqadası idarə edib. Qarşılaşma Azərbaycan yığmasının inamlı qələbəsiylə yekunlaşıb.
Azərbaycan millisi 7 oyundan sonra 4 xalla qrupda 5-cidir. Estoniyanın isə xalı yoxdur və qrup sonuncusudur.
Avropa çempionatı, seçmə mərhələ
25 mart
Azərbaycan (U-21) – Estoniya (U-21) 3:0
Qol: Musa Qurbanlı, 44; 66. Abdulla Xaybullayev, 88.
Baş hakim: Devid Munro
Yan xətt hakimləri: Şon Karr və Duqlas Potter Dördüncü hakim: Qrant İrvin (hamısı Şotlandiya)
Sumqayıt şəhər stadionu
Azərbaycan: 12. Əkpər Vəliyev, 4. Cəlal Hüseynov, 5. Rauf Hüseynli (k), 7. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 10. Asim Əlizadə, 11. Şakir Seyidov, 13. Ceyhun Nuriyev (6. İldar Ələkbərov, 86), 17. Rüfət Abdullazadə, 19. Nihad Quliyev, 20. Ədilxan Qarəhmədov.
Ehtiyat oyunçular: 1. Rüstəm Samuqullin, 2. Zamiq Əliyev, 8. Səbuhi Abdullazadə, 14. Kamran Quliyev, 15. Abdullah Xaybulayev, 16. Pərviz Azadov, 21. İsmayıl Zülfüqarlı, 23. Emil Səfərov.
Baş məşqçi: Milan Obradoviç.
Estoniya: 1. Evert Grünvald, 2. Kristo Hussar, 3. Mairo Miil, 6. Kristian Pelt, 7. Robi Saarma (13. Nikita Mihaylov, 58), 8. Mihkel Yarviste (k), 10. Nikita Komissarov (17. Dominik Laaneots, 81), 11. Aleksandr Şapovalov (4. Grauberg Lepik, 81), 15. Artur Şarnin, 20. Mark Ander Lepik (19. Qleb Pevtsov, 58), 23. Tanel Tammik.
Ehtiyat oyunçular: 12. Kristen Lapa, 22. Karl Kaiser Kiidyarv, 5. Danil Kuraksin, 16. Danil Pankov, 21. Rasmus Kallas.
Baş məşqçi: Sander Post.
Bizi Facebook-da izləyin