Abraham İtaliyanı tərk edir?

“Roma”nın hücumçusu Temmi Abraham cari mövsümün sonunda klubu tərk edə bilər.

Komanda.az “Daily Mail”ə istinadən xəbər verir ki, “canavarlar” 24 yaşlı futbolçunu 100 milyon funta satmağa hazırdır. Abrahamın əvvəlki klubu olan “Çelsi” oyunçunu 2023-cü ildə 67 milyon funt sterlinqə geri almaq hüququna malikdir.

İngiltərə klubu “Mançester Siti” də Abrahamın xidmətində maraqlıdır. Amma “şəhərlilər”in əsas transfer hədəfinin “Borussiya”nın hücumçusu Erlinq Haland olduğu deyilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button