“Qalatasaray”ın futbolçusunda koronavirus aşkarlandı

Futbol üzrə Çili yığmasının və Türkiyənin “Qalatasaray” klubunun yarımmüdafiəçisi Erik Pulqarda koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Çili Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Hazırda millinin düşərgəsində olan 28 yaşlı oyunçunun COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Bu üzdən onun martın 24-də baş tutacaq Braziliya ilə oyunda iştirak etməyəcəyi açıqlanıb. Futbolçunun evində karantinə alındığı və özünü yaxşı hiss etdiyi bildirilib.

“Qalatasaray” Erik Pulqarı bu qış İtaliyanın “Fiorentina” klubundan icarəyə götürüb. O, İstanbul təmsilçisində meydana çıxdığı 4 oyunda 138 dəqiqə oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button