“Mançester Yunayted” Ten Haqla danışığa başladı
İngiltərə nəhəngi “Mançester Yunayted” Niderland klubu “Ayaks”ın baş məşqçisi Erik Ten Haqla görüşmələrə başlayıb.
Komanda.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano özünün “tvitter” hesabında məlumat verib. “Qırmızı şeytanlar” 52 yaşlı məşqçinin xidmətində maraqlıdır. Erik Ten Haqla görüşlər hələ davam edir və rəsmi qərar verilməyib.
Eyni zamanda, “Mançester Yunayted” digər namizədlərlə də görüşləri davam etdirir. Öncədən bildirilmişdi ki, MY-nin namizədlər siyahısına PSJ-dən Maurisio Poçettino, “Sevilya”dan Xulen Lopeteqi və “Barselona”nın keçmiş baş məşqçisi Luis Enrike də daxildir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin