Daha bir ukraynalı futbolçu itkin düşüb

Ukraynanın “Mariupol” klubunun futbolçusu Rodion Plaksa itkin düşüb.

Komanda.az xəbər verir ki, bu barədə 20 yaşlı yarımmüdafiəçinin meneceri Aleksandr Pankov məlumat verib. Pankov, Plaksa ilə sonuncu dəfə martın 5-də əlaqə saxlandığını bildirib.

Daha əvvəl ukraynalı keçmiş futbolçu Leonid Boyarintsev Mariupolda itkin düşüb.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button