“Trabzonspor”un futbolçusu İtaliya klubunda
“Trabzonspor”un futbolçusu Yuray Kuçka karyerasını İtaliyada davam etdirəcək.
Komanda.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi “Parma” klubuyla razılıq əldə edib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Kuçkanın Trabzondan ayrılaraq İtaliyaya getdiyi, son danışıqlardan sonra “Parma”yla rəsmi müqavilə imzalayacağı bildirilir.
Kuçka 2017-ci ildə, “Milan”dan 5 milyon avroya “Trabzonspor”a keçmişdi.
31 yaşlı futbolçu 63 dəfə Slovakiya millisinin şərəfini qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin