Avropa Liqası: Xavi “Barselona”nı favorit kimi görmür

“Barselona”nın baş məşqçisi Xavi komandanın Avropa Liqasındakı perspektivlərindən danışıb.

Komanda.az “Marca”ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, “Barsa”nın Avropa Liqasında favoritlərdən olmadığını deyib:

“Mən “Barselona”nın favorit olduğunu düşünmürəm. Növbəti mərhələdə hansı rəqiblə qarşılaşacağımızı bilmirik. Avropa Liqasında oynamaq təcrübəmiz yoxdur, amma həvəsliyik.

İnsanlar Avropa Liqasını ikinci divizion kimi düşünürlər. Amma bu, heç də belə deyil. Burada böyük komandalar oynayır”.

“Barselona” “Avropa Liqasının 1/8 mərhələsində “Qalatasaray”ı mübarizədən kənarlaşdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button