“Mançester Siti”nin Halanda nə təklif etdiyi bilindi
“Borussiya”nın (Dortmund) hücumçusu Erlinq Haland “Mançester Siti”yə keçsə, Premyer Liqada ən çox maaş alan futbolçu olacaq.
Komanda.az “Daily Mail”ə istinadən xəbər verir ki, “şəhərlilər” 21 yaşlı norveçli futbolçuya həftəlik 500 min funt sterlinqdən çox maaş təklif edir.
Hazırda Premyer Liqada ən çox qazananlar Kriştiano Ronaldo (“Mançester Yunayted”) və Kevin de Bruynedir (“Mançester Siti”) – həftədə təxminən 385 min funt sterlinq.
Halandın karyerası ilə bağlı bir ay ərzində qərar verəcəyi gözlənilir. Onunla “Barselona” da yaxından maraqlanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin