“Neftçi” polisə görə cərimə ödəyəcək
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda 1-ci divizionun son turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:
1-ci divizionun 17-ci turunun “Zirə-2” – “Zaqatala” oyununda “Zaqatala” klubunun futbolçusu Maqsud Ələkbərov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
17-ci turun “Səbail-2” – “Sabah-2” oyununda “Səbail-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur.
“Sabah-2” komandasının futbolçusu Samir Məhərrəmli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, komanda 20 manat cərimə olunur.
17-ci turun “Kəpəz” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur.
17-ci turun “Neftçi-2” – “Qarabağ-2” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur.
“Neftçi-2” komandasının 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur.
“Qarabağ-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur.
“Qarabağ-2” komandasının azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyi üçün komanda 80 manat cərimə olunur.
Bizi Facebook-da izləyin