Avropa Liqası və Konfrans Liqasında həftənin oyunçusu adına namizədlər
UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Komanda.az xəbər verir ki, bu ada Şotlandiya “Reyncers”indən Ceyms Tavernye, Fransa “Lion”unun qapıçısı Antoni Lopeş, İtaliya “Atalanta”sından Luis Muriel və İspaniya “Sevilya”sından Markos Akunya namizəddir.
UEFA Konfrans Liqasında həftənin oyunçusu adına isə Fransa “Marsel”inin hücumçusu Arkadiuş Milik, Danimarka “Kopenhagen”indən Pep Bil, İtaliya “Roma”sının qapıçısı Rui Patrisiu və Niderland “Feyenoord”undan Luis Sinisterra namizəddir.
Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin