Fernandinyo – 4-cü braziliyalı
“Mancester Siti”nin üzvü Fernandinyo Çempionlar Liqasında 100 oyun keçirən dördüncü braziliyalı futbolçu olub.
Komanda.az xəbər verir ki, Fernandinyo Çempionlar Liqasının 1/8 final mərhələsinin “Sportinq”lə cavab oyununda (0:0) meydana start heyətində çıxıb. Bununla da, o, Çempionlar Liqasında yubiley – 100 oyun həddinə çatıb.
“Mançester Siti”nin yarımmüdafiəçisi, Roberto Karlos, Dani Alveş və Marselodan sonra ÇL-də 100 oyun keçirən dördüncü braziliyalı olub.
36 yaşlı futbolçu 15 il əvvəl, “Şaxtyor”un (Donetsk) heyətində Çempionlar Liqasında debüt edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin