Daha bir futbolçu Rusiya Premyer Liqasını tərk etdi
İsveçli futbolçu Viktor Klasson Rusiyanın “Krasnodar” klubunu tərk edib.
Komanda.az Rusiya klubunun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam vermək barədə razılığa gəliblər.
İsveçli yarımmüdafiəçi 2017-ci ildən “Krasnodar”da çıxış edirdi. O, bu komandada 147 oyuna çıxıb, 43 qol vurub, 26 məhsuldar ötürmə edib.
Rusiya ordusunun Ukraynaya hücumundan sonar əksər əcnəbi futbolçular bu ölkənin klublarını tərk etməyə başlayıblar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin