“Legionerlər cəhənnəm olsunlar, qaçsınlar!” – “Spartak”ın keçmiş futbolçusu
Moskva “Spartak”ının keçmiş qapıçısı Anzor Kavazaşvili FİFA və UEFA-nın əcnəbi futbolçulara Rusiya klubları ilə müqavilələri ləğv etməyə icazə verməsi məsələsinə münasibət bildirib.
Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, sabiq futbolçu, legionerlərin Rusiyanı tərk etməsinə sərt reaksiya verib:
“Hər zaman deyirdim ki, futbolumuzda nə qədər az legioner olsa, klublarımız gələcəkdə bir o qədər yaxşı oynayacaq. Klublar nə qədər yaxşı oynasa, futbolçularımızı bir o qədər tez yetişdirəcəyik ki, Rusiya millisində oynasınlar və rüsvay olmasınlar. Beləcə, beynəlxalq yarışlarda özlərini sübut edə biləcəklər, xorvatların qarşısında titrəməyəcəklər. Xorvatiya balaca ölkədir, onları necə məğlub etməyəsən?
İndi hamı narahatdır ki, legioner futbolçular, məşqçilər Rusiyadan qaçır. Cəhənnəm olsunlar, qaçsınlar!”
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Bizi Facebook-da izləyin