Polina Rəhimova: “Bizə köməyə davam edin”
“Biz 3-cü dünya müharibəsinin selini dayandıracağıq”.
Komanda.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin ukraynalı keçmiş voleybolçusu Polina Rəhimova şəxsi “feysbuk” hesabında yazıb.
Rəhimova, hər şeyin tezliklə bitəcəyinə ümid etdiyini bildirib:
“Ümid edirəm ki, hər şey tezliklə bitəcək. Ukraynaya və qəhrəmanlarına eşq olsun! Bütün dünya bizimlədir. Bunun üçün təşəkkür edirəm. Bizə köməyə davam edin”.
Rəhimova 2007-2020-ci illərdə Azərbaycan millisinin formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin