Aleksandr Səmədov Bakıdakı finalın səfiri olacaq
UEFA Avropa Liqasının bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun daha bir səfiri müəyyənləşib.
Komanda.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvanın təmsilçisi “Dinamo”, “Lokomotiv”, “Spartak”, “Moskva” klublarının heyətində oynamış, hazırda Samaranın “Krılya Sovetov” komandasında çıxış edən, Rusiya milli komandasının heyətində 50-dən çox oyun keçirmiş Aleksandr Səmədov UAL Final-2019-un səfiri kimi aprelin 20-də və 21-də Moskvada keçiriləcək UEFA Avropa Liqasının “KİA Kubok Turu”nda iştirak edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin