Putin UEFA prezidentini hədələdi
Rusiya prezidenti Vladimir Putin Çempionlar Liqasının final oyununun Rusiyadan alınmasına görə UEFA-nın rəhbəri Aleksander Çeferinə xəbərdarlıq edib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Putin, may ayında Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulan ÇL-in final matçının başqa ölkəyə verəcəyi təqdirdə, “Qazprom” şirkətinin UEFA-nın sponsorluğundan imtina edəcəyini bildirib. Bu isə qurumun mövsümdə 40 milyon avroluq gəlirdən məhrum olması deməkdir.
“Qazprom” həmçinin, mayın 28-də Sankt-Peterburqda keçirilməsi planlaşdırılan final görüşünün stadionunun sahibidir.
Bu gün UEFA İcraiyyə Komitəsinin iclası olacaq. Rusiya ilə Ukrayna arasında yaşanan hərbi gərginlik səbəbindən Çempionlar Liqasının final matçının başqa ölkəyə verilməsi gündəmdədir.
Bizi Facebook-da izləyin