Ukrayna Premyer Liqası dayandırıldı

Futbol üzrə Ukrayna Premyer Liqası dayandırılıb.

Komanda.az yerli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna ölkədə hərbi vəziyyətin tətbiqi səbəb olub.

Ukrayna Premyer Liqası qış fasiləsindən sonra – fevralın 25-də bərpa olunmalı idi.

Dünən gecə saatlarında Rusiya qoşunları Ukraynanı işğal məqsədi ilə hücuma keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button