Metronun iş rejimində dəyişiklik edildi – “Qarabağ”a görə

“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə (Fransa) oyunun gec saatlarda başlaması ilə əlaqədar “Bakı Metropoliteni” QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisinin müraciəti və bu qarşılaşmanın Azərbaycan futbolu tarixində əhəmiyyəti nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşmanı canlı izləyəcək azarkeşlərin daşınması məqsədiylə metropolitenin iş rejimində müvafiq dəyişiklik edilib.

“Gənclik”, “Nəriman Nərimanov” və “28 May” stansiyaları fevralın 24-dən 25-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

“Qarabağ” – “Marsel” matçı saat 21:45-də başlayacaq. Fransada keçirilən ilk oyunda “Qarabağ” 1:3 hesabı ilə uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button