“Pis oyun keçirdik” – Simeone
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone La Liqanın 21-ci turundan təxirə salınmış “Levante” ilə oyundan sonra fikirlərini bildirib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı mütəxəssis pis oyun keçirdiklərini deyib:
“Pis oyun keçirdik və La Liqada özümüzə yaxşı mövqe yaratmaq fürsətini əldən verdik. Bunu düzəltmək üçün ikiqat səy göstərməliyik. Məğlubiyyət həmişə ağrılı olur.
Bəlkə də, çoxu düşünür ki, bizim Çempionlar Liqasına çıxmaq şansımız yoxdur. Amma mən belə düşünmürəm. Sadəcə olaraq, bunu faktlarla, oyunla sübut etmək lazımdır”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin