Ayaz Quliyev: “Öz milliyətimdən imtina etmirəm”

Rusiyanın “Arsenal” (Tula) klubunda çıxış edən Ayaz Quliyev Azərbaycan millisində oynayacağına dair iddialara münasibət bildirib.

Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Quliyev, Azərbaycandan onunla əlaqə saxlandığını deyib:

“Öz milliyətimdən imtina etmirəm, amma indi “razıyam, gedirəm” deyə bilmirəm.

Belə deyək, əlaqə saxladılar, sonra dayandılar. Ardından yenə əlaqəyə çıxdılar, lakin heç bir konkretlik olmadı. Konkretlik olsa, əsas heyətin üzvü olub-olmayacağım barədə düşünə bilərəm”.

Müqavilə ilə Moskva “Spartak”ına məxsus olan 26 yaşlı futbolçu bildirib ki, Azərbaycan millisinə keçidi üçün hər şeyi danışmaq lazımdır:

“Böyüyüb bütün həyatımı keçirdiyim ölkə Rusiyadır. Burda çoxlu dostlarım var. Azərbaycana gəldikdə, bu, milli mənsubiyyətlə bağlı məsələdir”.

Ayaz Quliyevin atası 20 yaşında olarkən Moskvaya köçüb. Quliyev Rusiyanın müxtəlif yaş qrupları üzrə yığmalarında çıxış edib. Ancaq əsas millidə hələ oynamayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button