MY futbolçusunu Braziliya klubuna satdı
“Mançester Yunayted” yarımmüdafiəçisi Andreas Pereyra ilə yollarını ayırıb.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Mançester klubu 26 yaşlı yarımmüdafiəçini “Flamenqo”ya satıb. Braziliya klubu icarə əsasında komandada çıxış edən futbolçunun transfer hüquqlarına yiyələnib. Pereyra bu gün klubla yeni – uzunmüddətli müqavilə bağlayacaq.
Andreas Pereyra 2021-ci ilin yayında icarə əsasında Braziliya klubuna keçmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin