“Liveprul”a 1 qol bəs etdi
Futbol üzrə İngiltərə Premyer Liqasında 25-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub. Açılış matçında “Mançester Yunayted” doğma meydanda “Sauthempton”u qəbul edib. Bu oyunda qalib müəyyənləşməyib.
“Mançester Siti” bu turda “Norviç”i böyük hesabla məğlub edib. “Everton” da “Lids”i darmadağınla yola salıb.
Sonuncu oyun günündə dörd qarşılaşma baş tutub. Dörd qolun qeydə alındığı “Lester Siti” – “Vest Hem” matçında qalib müəyyənləşməyib. “Nyukasl” isə doğma meydanda “Aston Villa”nı minimal hesabla üstələyib.
“Tottenhem” “Vulverhempton”la ev oyunundan məğlub ayrılıb. “Liverpul” isə “Bernli”nin qonağı olub. “Qırmızılar” bu oyunda 3 xalı tək qolla qazanıblar.
Bu tur keçirilməli olan “Çelsi” – “Arsenal” matçı “Çelsi”nin klublararası dünya çempionatı oyununa görə başqa vaxta təxirə salınıb.
İngiltərə Premyer Liqası, 25-ci tur
12 fevral
Mançester Yunayted – Sauthempton 1:1
Qol: Sanço, 21 – Adams, 48.
Brentford – Kristal Pelas 0:0
Uotford – Brayton 0:2
Qol: Maupay, 44. Uebster, 82.
Everton – Lids 3:0
Qol: Koleman, 10. M.Kin, 23. Qordon, 78.
Norviç – Mançester Siti 0:4
Qol: Sterlinq, 31; 70; 90. Foden, 48.
13 fevral
Bernli – Liverpul 0:1
Qol: Fabinyo, 40.
Nyukasl – Aston Villa 1:0
Qol: Trippyer, 35.
Tottenhem – Vulverhempton 0:2
Qol: R.Ximenes, 6. Dendonker, 18.
Lester – Vest Hem 2:2
Qol: Tilemans, 45. Pereyra, 57 – Bouen, 10. Dauson, 90+1.
Bombardir: Məhəmməd Salah (“Liverpul”) – 16 qol.
Bizi Facebook-da izləyin