“İnter”in Sançesdən tələbi
İtaliyanın “İnter” klubu futbolçusu Aleksis Sançeslə müqaviləni yeniləmək istəyir.
Komanda.az xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb.
“Neradzurra” çilili hücumçu ilə uzunmüddətli müqavilə imzalamaq istəyir. Sançesdən tək tələb isə maaşının azalmasına razılıq verməsidir.
2020-ci ilin yayından “İnter”də çıxış edən 33 yaşlı hücumçunun indiki müqaviləsi 2023-cü ilin iyuluna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin